“Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi Daxili İşlər Nazırliyi tərəfındən Zuğulba qəsəbəsində, Xəzər dənizinin sahilində 13.5 hektar sahədə inşa edilmişdir.

Heydər Əliyev adına Beynəlxalq hava limanından Mərkəzə avtomobillə 10-15 dəqiqəyə gəlmək mümkündür.   
Mərkəzin əsas binasında hər cür mebel və avadanlıqlarla təchiz edilmiş 108 standart nömrə, 9 suit nömrə, 1 prezident nömrəsi, bundan əlavə dənizkənarında ikimərtəbəli 8 kottec istirahətçiləri qəbul etməyə daim hazırdı, qeydiyyat xidməti 24 saat fəaliyyət göstərir.

2 restoran, 1 kafe, 4 bar, böyüklər və uşaqlar üçün qapalı ve açıq üzgüçülük  hovuzları, açıq havada amfiteatr, boulinq və bilyard salonu, konfrans və iclas  zalları, bərbərxana və gözəllik salonu, mühafizə olunan ödənişsiz avtomobil dayanacağı, voleybol, mini-futbol meydançaları, tennis kortu, SPA və fitnes salonu, uşaqlar üçün qapalı və açıq havada oyun meydançaları, təhlükəsiz çimərlik zonası, gəzinti və qaçış üçün geniş və abad ərazi qonaqların ixtiyarındadır.

Qadınlar və kiçik yaşlı uşaqları olan qonaqlar çimərlik zonasına elektrik gəzinti avtomobilləri ilə aparıla bilər.
Mərkəzin ərazisində yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir, öz xahişi ilə siqaret çəkən və çəkməyən qonaqlar ayrı otaqlarda yerləşdirilir.

3 yaşdan aşağı uşaqlar Mərkəzə qəbul olunmur.

“5 ulduz” mehmanxana standartlarına cavab verən “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi qonaqlara yüksək səviyyədə xidmət göstərir.