Ölçü:
Rəng:
Şəkillər:
AZ EN RU

Saytın əsas versiyası

» Otaqlar və kotteclər

Əsas binada 113 ədəd nömrə (101 ədəd  dəniz mənzərəli, 12 ədəd bağça  mənzərəli).

1 ədəd dəniz mənzərəli VİP suit nömrəsi
8 ədəd suit nömrələr – dəniz mənzərəli 77 m²-lik, 2 otaqlı, 4 nəfərlik, yataq otağında qoşaçarpayı, qonaq otağında 2 ədəd ayrı çarpayı.
Standart  25 m²-lik nömrələr:
59 ədəd “french” - 1 otaq, 2 nəfər, qoşaçarpayı  (dəniz mənzərəli 47, bağça mənzərəli 15);
45 ədəd “twin” - 1 otaq, 2 nəfər, çarpayılar ayrı (hamısı dəniz mənzərəli).
Bunlardan 9 ədədi “connection” - 50 m²-lik, 2 otaq, 4 nəfər, “french + twin” otaqların birləşməsi, aralarında qapı, dəhlizə ayrı – ayrı çıxışlar (hamısı dəniz mənzərəli).
8 ədəd kottec - dəniz kənarında, 4 ədədi 4 nəfər, ikimərtəbəli və 4 ədədi 6 nəfərlik, ikimərtəbəli

Bütün otaqlarda  minibar, seyf, kondisioner, İP telefon, Wi-Fi, Azərbaycanın, Rusiyanın, Türkiyənin və digər ölkələrin aparıcı telekanallarına qoşulmuş smart TV, saç qurutma feni, iş stolu, dəniz mənzərəsi olan otaqlarda eyvan, 24 saat otaq servisi. Qonaqlara mühafizə olunan avtomobil dayanacağı, yuxudan oyatma, tibbi, taksi və aviabilet sifarişi,  camaşırxana, bərbərxana, gözəllik salonu xidmətləri də göstərilir.