Aktiv istirahət

İsitmə sistemi olan qapalı hovuz, böyüklər və uşaqlar üçün dəniz suyu ilə doldurulmuş açıq hovuzlar, cakuzi, fin və türk hamamları, Spa, masaj otaqları.

Fitnes salonu, soyunub-geyinmə otaqları.

Çimərlik, soyunub-geyinmə otaqları, duşlar və qumlu sahil, xilasetmə xidməti.

Şou və musiqi dinləyiciləri üçün 200 nəfərlik  açıq amfiteatr.

Ən müasir  avadanlıqla  təchiz edilmiş 4 oyun xətti olan boulinq, bilyard və stolüstü tennis masaları, stolüstü futbol, tennis kortu, voleybol və mini-futbol meydançaları.

Uşaqların vaxtlarını şən keçirmək üçün qapalı və açıq oyun meydançaları.

Ən müasir avadanlıqla təchiz olunmuş "Funzilla" uşaq oyun zalı

Qaçış və piyada gəzintisi üçün geniş ərazi. Ekoloji təmiz hava və dəniz.